"Expressbank"dan bütün qadınlara pulsuz kart
29.2.2016

"Expressbank" 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xüsusi aksiya təqdim edir. Aksiya çərçivəsində 1 – 7 mart tarixlərində Expressbank-ın kartları xanımlara pulsuz verilir.

Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd Visa Electron / Maestro, Visa Classic / MasterCard Standard və ya Visa Gold / MasterCard Gold kartlarını pulsuz əldə edə bilər. Kartlar 1 il müddətinə verilir. "Expressbank" kartlarına vəsaiti ExpressPay terminalları vasitəsilə komissiyasız mədaxil etmək mümkündür.

"Expressbank" geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

"Expressbank"ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Lent.az