"BakuBus"ın sürücüsü olmaq istəyirsinizsə...
16.2.2016

Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində "BakıBus" MMC-də işlə təmin olunacaqlar.

Bu barədə "Baku Bus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, şirkət 25-40 yaş arası "D" kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir: "Cəmi 10 gün davam edəcək təlimin sonunda "BakıBus" MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. Avstriyada təlim keçən yüksək peşəkar mütəxəssislərimiz bu işdə sürücülərin bələdçisi olacaqlar".

N.Allahyarova qeyd edib ki, "Test&Training Azerbaijan" Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verir: "Məşgələlər "Yol hərəkəti qaydaları", "Nəzəri dərslər", "Praktiki məşğələlər", "Təhlükəsiz idarəetmə məşqləri", "Psixoloji dərslər və ilk tibbi yardım", "Təhlükəsizlik qaydaları", "Şəhərdə sürmə Testi və baş vermiş qəzaların analizi" olmaqla 7 məşğələ mövzularını əhatə edəcək. "Baku Bus" MMC-də sürücü olmağa gedən yolda yaşıl işığı özünüz yandırın. Yerlərimiz məhduddur.

Biz təlimlər üçün sürücülərə ən uyğun dərs qrafikini təklif edirik. Dərslər 12 nəfərlik qrup şəklində, isıqlı otaqlarda, təlim mərkəzində və müasir metodika ilə tədris olunacaq.

Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində "BakıBus" MMC-də işlə təmin olunacaqlar".

Kurslarda iştirak etmək istəyənlərin qeydiyyatı http://tta.az/ saytında aparılır. Əlavə məlumatı bakubus.az saytında və ya (077) 250 0046, (077) 250 0048 telefon nömrələrinə müraciət etməklə almaq olar.


Milli.Az