Azərbaycan “Formula-1”dən 5 il sonra imtina edə biləcək
8.2.2016

Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda “Formula-1” yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik.

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər:

“Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq”.

www.oxu.az