Bakı-Yalama-Bakı elektrik qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı
25.1.2016

Sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, 1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq: "Sərnişinlərin nəzərinə çatdırırıq ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 09-15-də Bakı-sərnişin stansiyasına çatacaq. Saat 01-10-da Yalama stansiyasına çatan qatar, 03-30-da Yalama stansiyasından yola düşəcək".

trend.az