İlk çərşənbə fevralın 23-də, axır çərşənbə martın 15-də qeyd olunacaq
12.1.2016

“Azərbaycanda ilk çərşənbə fevralın 23-də keçiriləcək”.

Bunu Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib. O bildirib ki, Azərbaycanda axır çərşənbə isə martın 15-də qeyd olunacaq. X. Mikayılov qeyd edib ki, bahar Azərbaycana 2016-cı ildə martın 20-də Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində gələcək.

APA