“Nar” rominq xidmətlərində 50 faiz endirim təqdim edir
16.12.2015

“Nar” yeni rominq kampaniyasına start verdi.

Şirkətdən verilən məlumata görə, səfərdə olan abunəçilər 50%-dək rominq endirimi qazanacaqlar.

Dekabr ayının 15-də “Nar” mobil operatoru öz abunəçiləri üçün rominq tariflərinə endirim kampaniyasına start verdi. Kampaniya çərçivəsində 1-ci zonaya aid ölkələrdə olan “Nar” istifadəçiləri internetdən 50% endirimlə, 2-ci zonaya daxil olan ölkələrdəki abunəçilər isə 40% endirimlə yararlana biləcəklər. Bundan başqa, hər iki zonaya daxil olan ölkələrdəki “Nar” istifadəçiləri Azərbaycana zəng edərkən 10% endirim fürsətindən də faydalanacaqlar.

15 yanvar 2016-cı il tarixədək davam edəcək biraylıq kampaniya bütün abunəçiləri əhatə edəcək. Rominqdə olarkən, 50%-dək internet və 10% zəng endirimi fürsətləri qış səfərinə çıxmış “Nar” istifadəçilərinə öz səyahət təəssüratlarını bölüşmək üçün əlavə imkanlar yaradacaq.

Rominq zonaları və tariflər haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az

Trend.az