Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq
6.11.2015

Bakı və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 7-də yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Noyabrın 7-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər.

APA