Luvr Muzeyinin Karusel qalereyasında istedadlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi nümayiş etdiriləcək
14.10.2015

Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin növbəti fərdi sərgisi oktyabrın 23-də Luvr Muzeyinin Karusel qalereyasında təşkil olunacaq.

Xatırladaq ki, iyunun 12-də Karusel qalereyasında keçirilən möhtəşəm “Art Shopping” festivalı çərçivəsində Məryəm Ələkbərlinin sərgisi nümayiş etdirilib.

Məryəmin əsərləri doğma vətəni Azərbaycanda və onun hüdudlarından kənarda – Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada nümayiş etdirilib və müəllifə böyük uğur qazandırıb.

azertag.az