Azərbaycanda qar yağdı
5.10.2015

Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.

Milli.Az bildirir ki, bu barədə  kənd sakinləri məlumat verib. Bu gün səhər saatlarından başlayaraq, dağlar ağ rəngə boyanıb. Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.

Kənd sakini Rüstəm Məlikov çəkdiyi fotoları təqdim edib.

Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.

Milli.Az