Facebook Pixel Code
GoMap XƏRITƏ
"Atasecurity" MMC (mühafizə xidməti)
Baxış sayı:
Avtobus
"AtaSecurity" Məhdud Məsuliyyətli Cəmiyyət 16 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı şəhərində dövlət qeydiyyatına alınmış və (VÖEN) 1400096431 dövlət qeydiyyat nömrəsi ilə fəaliyyət göstərir."AtaSecurity" MMC öz fəaliyyətində Azərbaycan Respublikasının "qeyri- dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Qanunu"nu, eləcə də digər müvafiq hüquqi-normativ aktları əldə rəhbər tutur. Cəmiyyətə 23 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə (lisenziya) verilmişdir."AtaSecurity" MMC-nin inzibati heyəti Hüquq-mühafizə orqanlarında, Hərbi və Müdafiə Nazirliyi sistemində işləmiş peşəkar, təcrübəli mütəxəssislərdən təşkil olunmuş, mühafizəçiləri isə xüsusi hazırlıq kursları keçmiş, idmanın bu və ya digər növlərində naliyyətlər qazanmış, milli orduda xidmət etmiş, müvafiq tələblərə cavab verən vətənpərvər gənclərdən ibarətdir.Cəmiyyət tərəfindən müəsissə və təşkilatlara göstərilən xidmət qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilələr əsasında həyata keçirilir.Göstərilən xidmət növləri əsasən obyektlərin qorunması, buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi, mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiya avadanlıqlarının l ayihələşdirilməsi, quraşdırılması və istismarı ilə əlaqədar texniki xidmətlərin göstərilməsi, hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi şəxslərə tövsiyələrin hazırlanması, qiymətli və ya xüsusi təyinatlı yüklərin daşınması, müşayət olunması və sairələrdən ibarətdir.Mühafizə şirkəti olaraq "AtaSecurity" MMC respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir, keçirilən beynəlxalq səviyyəli və respublikadaxili tədbirlərdə, o cümlədən sərgilərdə, müxtəlif növ idman yarışlarında yüksək xidmət nümayiş etdirir. Əldə edilmiş naliyyətlərə görə "AtaSecurity" MMC müxtəlif vaxtlarda diplom və fəxri fərmanlara layiq görlmüşdür.
Son xəbərlər