Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
"Yeddi günbəz" türbəsi
Baxış sayı: 1084
  • Ünvan:
    Şəhriyar kənd yolu, Şamaxı, AZ5600
Avtobus

Yeddi günbəz türbəsi - Şamaxı şəhərindən 3 km aralıda yerləşir.. Yeddi günbəzdən ibarətdir. XVIII əsrin axırlarına XIX əsrin əvvəllərinə aid abidələrin əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olmuşdur. Bu qrup tikintilər sırasında Şamaxı qəbristanlığındakı “Yeddi günbəz” adlı məşhur türbələr də daxildir. Hazırda “Yeddi günbəz” türbələrindən dördü qalmışdır, qalan türbələr isə qalmamışdır. Türbələrin axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub olan şəxslər üçün tikildiyi məlumdur.

Türbələrdən birinin üzərində olan kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da vardır. Memar özünü kitabədə “Usta Tağı memar” adlandırır.

“Yeddi günbəz” türbələri ümumiyyətlə Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülmüşdür.