Facebook Pixel Code
GoMap XƏRITƏ
Molla Əhməd piri
Baxış sayı:
  • Ünvan:
    Zərifə Əliyeva, Xaçmaz, AZ2730
Avtobus

Molla Əhməd baba piri - Pir Xaçmaz rayonunun Yalama kəndində yerləşir. Pirin əsas binası səkkizguşəli olub, bir giriş qapısına malikdir. Qapıdan içəridə dəhliz yerləşir. Əsas otaqda bir böyük və bir kiçik qəbir yerləşir. Buranın sahəsi 8x8 metr, hündürlüyü 4,5 metrdir. Döşəməsi betondur. Pirin içərisində iki pəncərə qoyulub. Həyəti yaşıllıqlar içindədir. Burada müxtəlif qəbirlər yerləşir. Pirin binası və hasarları ağ kərpicdən tikilib. 1992-ci ildə burada təmir-tikinti işləri aparılıb. Belə ki. buradakı tikililər son vaxtlar inşa edilib. Tikililərin damı dəmir təbəqə ilə örtülüb. Pəncərələr və qapılar sivri ucludur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər