Facebook Pixel Code
GoMap XƏRITƏ
Müqəddəs Yelisey məbəd kompleksi
Baxış sayı:
  • Ünvan:
    Xocalı, AZ2900
Avtobus

Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın Ağdərə (Tərtər) rayonundakı Müqəddəs Yelisey monastr kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastr kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılmışdır.

http://www.qarapapaqlar.borchali.net/index.php?cat=oxu&id=40

 

Son xəbərlər