Facebook Pixel Code
GoMap XƏRITƏ
İmamzadə türbəsi (Göy imam türbəsi)
Baxış sayı:
  • Ünvan:
    Atabəylər, Gəncə, AZ2008
Avtobus

Qədim Gəncənin şimal hissəsində (indiki Gəncənin 7 km-liyində) orta əsrlərə aid memarlıq abidəsi. Üzərindəki kitabədə türbənin imam Məhəmməd Bağırın oqlu İbrahimin qəbri üstündə tikildiyi və general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edildiyi (1878-79) göstərilir.

Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, kompleksin ətrafına daş və kərpicdən hasar.

Türbə bu kompleksin ən qiymətli abidəsidir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.

Günbəzə mavi kaşıdan üzlük çəkilmişdir ("Göy imam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında me`marlıq cəhətdən üslub yaxınlığı var.

Son xəbərlər