Facebook Pixel Code
GoMap XƏRITƏ
İmamzadə türbəsi
Baxış sayı:
  • Ünvan:
    Şərur, AZ6821
Avtobus

“Parçı imamzadəsi” piri - Şərur rayonundakı Xanlıqlar kəndində XVII-XVIII əsrlərə aid olan “Parçı imamzadası” adında pir yeri vardır. Əvvəllər ərazi ayrı-ayrı Xanlıqlarla Parçı kəndlərindən ibarət olmuşdur. Parçı kəndi Arpa çayın sol sahilində Şərur şəhərindən cənub-şərqdə 8 km-lik məsafədə “Daşarx” dəmir yolu stansiyası yaxınlığındadır. Pir yeri kəndin şimal hissəsində yerləşir. Üstü kümbəzli bişmiş kərpicdən tikilmiş böyük binadan ibarətdir. Pir binasının içərisində müsəlman məzarı vardır ki, burada əvvəllər ərəbcə yazılmış daş kitabə naməlum səbəblərdən götürülmüşdür. Həmin kəndin əhalisi əraziyə müxtəlif yerlərdən köçüb gəldiklərindən pirdəki məzardan məlumatları yoxdur. Qonşu kəndlərdə yaşayan yaşlı mömin şəxslərin söyləmələrinə görə pirdəki məzar yeri “Şəhzadə İbrahim Musa oğlu”nundur. 1928-ci ildə həmin pirdə naxçıvanlı tədqiqatçılar olmuş və qəbirin üzərində ərəb əlifbası ilə yazılmış “İbrahim ibn Musa” sözlərini oxumuşlar. 1988-ci ildə nəşr olunmuş “Parçı imamzadəsi” adlı məlumat göstəricisində pirdəki məzarın “Musa İbrahim oğlu”na aid olması bildirilmişdir. Bəs onda həmin məzar sahibi Musa İbrahim oğlu kim olmuşdur? 1930-cu ildə Naxçıvanda diyarşunaslıq muzeyi yaradılmış, orada müxtəlif əlyazmalar (elmi tarixi məqalələr) toplanmışdır. Bu məqsədlə Bakıda “Azərbaycanı öyrənmə yolu” adlı məcmuə nəşr olunmuşdur. Məcmuədə H. Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin imzası ilə Parçı imamzadəsindən bəhs edilən “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqalə vardır. Həmin məqalədən məlum olur ki, Parçı pirindəki məzarın üzərində ərəbcə “İbrahim ibn Musa” sözləri olmuşdur. Maraqlıdır ki, “şəhzadə” sözü şiə müsəlmanlarının yeddinci imamı Musa Kazımın adına ehtiram kimi işlənmişdir. Tarixdən məlumdur ki, şiə müsəlmanlarının yeddinci imamı Həzrəti Musa Kazım (hicri tarixi ilə 183-cü ildə) İslam xəlifəsi Harun ər-Rəşid ibn Abbas tərəfindən zəhərləndirilmiş, qorxudan imamın övladları vətənlərindən didərgin düşmüşlər. İmam övladları səyyidlər Azərbaycanı (Naxçıvanı) özləri üçün təhlükəsiz görərək azəri türklərinin himayəsinə sığınmışlar. Beləliklə bu qənaətə gəlmək olar ki, ata babasının (cəddinin) günahsız qətlindən sonra imam övladı səyyid İbrahim Şərur vilayətində (indiki Parçı kəndində) təhlükəsiz yaşayaraq əcəlin hökmü ilə dünyadan köçmüşdür. Maraqlıdır ki, məzar üstü sərdabələr orta əsrlədə yalnız yüksək mənsəb sahiblərinin qərarı ilə tikilərdi. Tarixdən məlumdur ki, 1501-ci ilin ortalarında Səfəvi dövlətinin başçısı Şah I İsmayılın (1487-1524) qoşun dəstələri Şərur çöllərində Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə savaşaraq ona qələbə çalmışdır. Müharibənin qələbəsi nəticəsində Şərur elində bir çox xeyirxah işlər aparılmış və imam övladı mərhum səyyid İbrahimin məzarı üstündə sərdabə tikdirmişdir. Səyyid İbrahimin digər qardaşları Səyyid Əqil Nehrəm kəndində, Səyyid Səfi (Səffan) Düylün kəndində, Səyyid Əhməd Bufçar kəndində (Mehri rayonu) və Səyyid Qasım isə Cənubi Azərbaycanın Sofyan kəndində yaşayaraq vəfat etmişlər. İmam övladlarının bacıları isə (Musa Kazımın qızları) Rübabə İraqda (Bağdad şəhəri yaxınlığında), Hökümə isə Abşeron rayonundakı Şıx kəndində vəfat etmişlər. Parçı kəndindəki pirin tikinti üslubu XV əsrin memarlıq üslubunda yenidən bərpa olunaraq XVII-XVIII əsrlər arasında tikilmişdir. Parçı pirində son illər ziyarətçilər üçün şərait yaradılmış, içməli su xətti ilə elektrik çəkilmiş, həyətyanı sahəsi abadlaşdırılmışdır. Pirin yanındakı qədim qəbrstanlıqda 1501-ci ildəki döyüşlərdə şəhid olanların məzarlarını ziyarətə gələnlər ehtiramla yad edirlər.

Feyruz Bağırov Nuh yurduna ziyarət

Son xəbərlər