Facebook Pixel Code
GoMap XƏRITƏ
Gilan türbəsi
Baxış sayı:
  • Ünvan:
    Ordubad, AZ6911
Avtobus

Gilan şəhəri orta əsrlərin VIII-XVI yüz illiyində Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olaraq Araz çayının sol sahilindəki Böyük İpək yolunun üstündə salınmışdır.

Yaşayış ərazisində yalnız orta əsrlərin memarlıq abidəsi olan Gilan türbəsinin bir hissəsi dövrümüzədək qalmışdır. Maraqlıdır ki, ərazidə qanlı müharibələr törədilib, tikililər xərabəzarlığa çevrilsə belə şəhər yerindəki qəbrüstü türbə salamat qalmışdır. Qədim şəhər yeri seysmik zonada oduğundan zəlzələ nəticəsində türbənin bir hissəsi uçub dağılmışdır. İndiki Sabir Dizə kəndi yaxınlığında VIII-XVI əsrlərin nekropolu qalmışdır. Ərazidə e.ə. II-I minilliklərə aid Dəlmə nekropolu da vardır. 1979-cu ildə Gilan şəhəri xarabalıqlarında tarixçi tədqiqatçılar elmi axtarışlar aparmış və təpəlikdə tikilmiş türbədən maddi mədəniyyət nümunələri tapmışlar. Gilan türbəsində qəbrüstü sərdabə tikilisi uçub dağıldığından məzar sahibləri müəyyən olunmamış, müəmmalı qalmışdır. Görünür ki, sərdabədəki məzarda dövrünün tanınmış şəxsiyyətlərindən olan adamlar dəfn olunmuşlar. Gilan türbəsinin aşağa hissəsi Naxçıvandakı memar Əcəminin tikdiyi Mömünə Xatun məqbərəsinə oxşadığından həmin tikilini orta əsrlərin XII yüzilliyində inşa olunmasına ehtimal yaradır.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər