Facebook Pixel Code
GoMap XƏRITƏ
İmamzadə türbəsi
Baxış sayı:
  • Ünvan:
    Babək, AZ6719
Avtobus

Nehrəm Imamzadəsi - Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid memarlıq abidəsidir. Bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm imamzadəsi türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasım bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Türbənin daxilində, divarlarda, mehrabın cənub, baş və sağ tərəfində günbəzvari çərçivələrdə dini xarakterli kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara məxsus olduğu göstərilir.

http://www2.disput.az/index.php?showtopic=15958&st=240

Son xəbərlər