Facebook Pixel Code
GoMap XƏRITƏ
Kar günbəz türbəsi
Baxış sayı:
  • Ünvan:
    Cicimli kənd yolu, Laçın, AZ4100
Avtobus

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. El arasında “Kar günbəz” adlanan Cicimli türbəsinin plan forması içəridə xaçvarı, bayırda kvadratdır. Mərkəzi kvadratın üzərində hündür baraban ucaldılıb. Baraban içəridə silindrik biçimli olduğu halda bayırda səkkizüzlü prizmadır. Kar günbəz türbəsinin bayır həcmi kubvarı tutum və ortasından yüksələn prizmatik barabandan ibarətdir. Barabanı örtən günbəz dağıldığından onun ilkin halda necə olduğunu müəyyənləşdirmək çətindir. Kar günbəz türbəsinin memarlıq həllində Albaniyanın xristian memarlığının təsiri duyulur. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur.

Son xəbərlər