Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Azadkənd piri
Baxış sayı: 6304
  • Ünvan:
    Ordubad, AZ6911
Avtobus

Ordubad rayonu ərazisində, Aza kəndindəki Aza pirinin içərisindəki kitabə və ətraf qəbiristanlıqda qalmış kitabələr nəinki pirin tarixini, hətta indiyə kimi yeri məlum olmayan Azad şəhərinin yerini dəqiqləşdirməyə bir daha dəlil-sübutlu imkan verir.
Aza piri kəndin aşağı hissəsindədir. Pirin keçmiş görkəmindən, yəni orada mövcud olmuş binalardan heç bir əsər-əlamət qalmamışdır. Pirin ətrafındakı üç qoç daşdan ikisi yazısızdır. Başı sınmış üçüncü abidənin isə yan tərəflərindəki ərəbcə kitaədə bu sözlər yazılmışdır: “Onun (qəbrin) sahibi Səfərdir. Səkkiz yüz yetmiş yeddinci il (1472-1473)”.
Binanın sağ və sol tərəfində qoyulmuş iki məzar daşı inşaat materialı kimi işlənmişdir. Daşların çoxu hörgüdə qalmışdır. Görünən hissədəki yazılara əsasən, abidə üzərində Qurandan ayə yazıldığını müəyyənləşdirmək mümkün olmuşdur.
Qeyd olunan abidələr göstərir ki, pir ətrafında vaxtilə böyük qəbiristanlıq olmuşdur. Lakin qəbiristanlığın yerində evlər tikildiyinə görə qeyd edilən qəbir daşlarından və pirin içərisindəki abidədən başqa ayrı bir dəlil-sübut qalmamışdır.
İçəridə qəbirüstü sinədaşının (2.27x0.66x0.8 metr hündürlüyündə) üzərində həkk olunmuş çatma tağlı taxça hissəsində kitabə motivi – Qurandan ayələr yazılmışdır. Ondan aşağı orta hissədə süls elementli nəsx xəttilə ərəbcə yazılmış kitabədə deyilir: “Əbədi pərvərdigar olan Allahın yaxınlığına möhtac, xoşbəxt, mömin, rəhmətlik, əzəmətli Mövlana Şəmsəddin Məhəmməd səkkiz yüz doxsan ikinci il zilhiccə ayında fani dünyadan əbədi dünyaya köçdü. Allah onun qəbrini işıqlandırsın. Amin. Zilhiccə 892 (18.11 - 17.12. 1487) il.”
Kitabədəki “əzəmətli mövlana”, “mömin”, ləqəbləri onun görkəmli ruhani alimi, qəbrinin indi ziyarətgaha çevrilməsi isə vaxtilə onun xalq arasında böyük büfuza malik olduğundan xəbər verir. Mövlana Şəmsəddin Məhəmmədin məzarının yaxınlığında fəxri dəfnlərin keçirilməsi bir daha sübut edir ki, ticarət-karvan yolu üzərində yerləşmiş ictimai-iqtisadi-siyasi və mədəni mərkəzlərdən biri həmin pirin yerində olmuşdur.

Məşədixanım Nemət Azərbaycan pirləri