Facebook Pixel Code
GoMap XƏRITƏ
Leyla xanım ziyarətgahı
Baxış sayı:
  • Ünvan:
    Zuğulba, Bakı, Sabunçu, AZ1094
Avtobus
Məscid Bakının Bilgəh kəndindədir. İnşa tarixi hicri-qəməri təqvimi ilə 1310-cu ilə (XIX əsrin sonları) aiddir. Əsas ibadət zalının sahəsi 12-in 12 metirədir. Bilgəh kənd məscidi yonulmuş sal daşlardan tikilib. Məscidin əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir. Tavan sütunlar üzərində dayanıb. Sütunlar tağlarla bir- birinə birləşib. Yerdən tavanadək hündürlüyü 7 metr, yerdən günbəzədək isə 10 metrdir. Günbəzdə iki gözlük qoyulub. Məscidin mehrabı üzərində ərəb dilində daş kitabə həkk olunub.Sovetlər dövründə bağlanaraq anbar kimi istitadə olunub. 1989-cu ildə məscid təmir olunaraq fəaliyyəti bərpa edilib. Təmir-bərpa işləri zamanı məscid üçün eyvan da tikilib.
Son xəbərlər