Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
"Şeş Qəmbər" dağ yəhudilərinin sinaqoqu
Baxış sayı: 4028
  • Ünvan:
    Sahil, Quba, AZ4024
Avtobus

“Şeş Qəmbər” sinaqoqu – Quba rayonunun “Qırmızı Qəsəbə” adlı ərazisində on üç sinaqoqdan yalnız səkkizi qorunub saxlanıb. Hazırda real olaraq onlardan ikisi sinaqoq olaraq qapısını camaatın üzünə açır. Qəsəbə icması öz gücüylə bu sinaqoqu restavrasiya edib. Sinaqoq 1810-cu ildə tikilib. 1890-cı ildə əsaslı təmir olunub. Son illər istismara yarasız vəziyyətə düşdüyündən 2009 – 2010-cu illərdə sinaqoq əsaslı təmir edilib. Sinaqoqun əsaslı təmirinə yəhudi əsilli Zaxaryayev qardaşları maddi dəstək göstərib. Qilkati adlanan bu sinaqoq qəsəbədə altı kublu tikilən yeganə sinaqoqdur. Sinaqoqun yaranma tarixi maraqlıdır: Quba xanı Hüseynəli xanın dövründə dağ yəhudiləri ondan xahiş edir ki, onlara yaşamaq üçün bir yer versin. O da Qudyalçayın şərq sahilində, bax bu yeri dağ yəhudilərinə verir. Altı günə yəhudilər gəlib bu yerə çatırlar. Və simvolik olaraq altı kublu bax bu sinaqoqu tikirlər. Sinaqoqda gün ərzində üç dəfə ibadət olunur. Yəhudilərin səhər ibadəti saat 8-də başlayır. Günorta ibadətinə axşam saat 8-də, axşam ibadətinə isə axşam saat 9-da gəlirlər. Bakıdakı dağ yəhudilərinin sinaqoqundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yoxdur. “Qırmızı Qəsəbə”də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Sinaqoqun nəzdində peşə məktəbi də var. Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinini öyrənirlər.

http://theology.bsu.edu.az/az/content/da_yhudilrinin_qrmz_qsbsi

http://www.ahlibeyt.az/news/1382.html