Facebook Pixel Code
GoMap XƏRITƏ
Alman kilsəsi
Baxış sayı:
  • Ünvan:
    Əbülqasım Firdovsi, Lənkəran, AZ4200
Avtobus

Azərbaycan Rusiya imperiyasına birləşdirildikdən sonra Lənkəranda məskunlaşmış rus, alman, yəhudi və başqa icmaların nümayəndələri burada öz dini etiqadlarına uyğun olaraq məbədlər tikdirmişlər. Bunlardan biri də alman kilsəsidir. Qeyd etmək lazımdır ki, almanlar hələ XVIII əsrin axırlarında Lənkəranda məskunlaşmağa başlamışlar. Burada onların bir sıra ticarət obyektləri olmuşdur. İrandan, Əfqanıstandan gətirdikləri müxtəlif cür malları Avropaya aparırmışlar. Buna sübut olaraq Lənkəranda bəzi məhəllələrin adı indi də alman dilində səslənir. Bunlardan biri lənkəranlıların fərştat adlandırdıqları yer olmuşdur. Qala divarlarından kənarda yerləşən bu məhəllədə almanlar kompakt şəkildə yaşamışlar. Bundan əlavə, Böyük bazar və Lənkəranın bir sıra yerlərində almanlara mənsub ticarət obyektləri, saatsaz dükanları və yaşayış evləri olmuşdur. Öz dini ibadətlərini yerinə yetirmək üçün almanlar XIX əsrin sonunda burada kilsə tikmişlər. (Firdovsi küçəsindəki 19 nömrəli binanın yerində.) Bu binanın yuxarı hissəsində deyilənlərə görə iri günbəz olmuşdur. Oxun üstündə isə qızıl suyuna salınmış xaç vardır. Bina bir iri zaldan və keşiş üçün nəzərdə tutulmuş bir sıra otaqlardan ibarət olmuşdur. Xaç suyuna salınma və bir sıra başqa dini mərasimlər də burada yerli keşiş tərəfindən keçirilmişdir. Lənkəranda yaşayan alman ailələrinin üzvlərindən kilsədə uşaq xoru təşkil olunmuşdu. Müqəddəs bayramlarda onlar Həzrəti İsanın şəninə dini mahnılar ifa edirmişlər. Kilsə 1920-ci illərə kimi fəaliyyət göstərmişdir. Kilsənin ətrafında olan binalarda əsasən almanlar yaşamışlar. Burada yaşayan alman ailələri gizli də olsa öz dini mərasimlərini yerinə yetirirmişlər. Lakin 1941-ci ildə II Dünya müharibəsi başlanandan sonra, Stalinin göstərişi ilə SSRİ-də yaşayan bütün almanlar ölkənin ucqar yerlərinə sürgün edilmişlər. Lənkəran sərhəd zonası olduğuna görə burada yaşayan almanlar ilk növbədə məcburi surətdə köçürülmüşlər. Kilsənin binası isə yaşayış evi kimi istifadə olunmuşdur.

http://www.lankaran.az/content.php?page=dini_abide

Son xəbərlər