Facebook Pixel Code
GoMap XƏRITƏ
Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Gülməmməd Ramazanov, Bakı, Binəqədi, AZ1053
  • Telefon:
    (+994 12) 411-13-40 (axund otağı)
Avtobus
Məscid Bakı şəhərinin Ramazan küçəsində tikilib. Məscidin giriş hissəsindəki kitabədə h.q. 1327-ci II, mehrabın üstündəki kitabədə 1324-cü il tarixi (XX əsrin əvvəlləri), minarədə isə 1333-cü il tarixi qeyd olunub. Mehrabın üstündəki kitabədə "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn" sözləri yazılıb. Əsas ibadət zalının sahəsi 225 kv.metr, qadınlar şöbəsinin sahəsi isə 75 kv.metrdir. Bu məscid 1937-ci ildə bağlanaraq sovxozun sərəncamına verilib və anbar qismində istifadə olunub. Daha sonra xalça sexinə çevrilib. 1973-cü ildə isə yandırılıb. 1985-ci ildə məscid kimi fəaliyyəti bərpa olunub. 1987-1992-ci illərdə burada təmir-bərpa işləri aparılıb. Təmir və bərpa işləri kənd sakinlərinin təşəbbüsü və mərhum Hacı Məhəmmədin (66 yaşında rəhmətə gedib) başçılığı ilə həyata keçirilib. Qeyd edək ki, vaxtilə Milli Məclisin deputatı olan mömin Hacı Madər də bu məscidin tikintisinə yaxından köməklik edib. O, həmçinin məscidə 13 kiçik və 1 böyük çilçıraq, habelə 42 xalça hədiyyə etmişdir ki, indi həmin məsciddə istifadə olunur. Məscidin içərisində dörd sütun vardır. Sütunlar tağlarla bir-birinə birləşib. Sanki günbəz də bu sütunlar üzərində dayanıb. Minbəri səkkizpilləlidir. Məscidin minarəsinin hündürlüyü 32 metrdir. Minarənin şərəfəsinin altında Qurandan ayələr həkk olunub. Burada həmçinin, "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn" sözləri həkk edilib. Minarə 1918-ci ildə ermənilər tərəfindən top atəşinə məruz qalaraq zədələnib. Zədənin əlaməti indi də görünür.
Son xəbərlər