Facebook Pixel Code
GoMap XƏRITƏ
Əliyaqublu məscidi
Baxış sayı:
  • Ünvan:
    Bakı-Ələt-Qazax-Gürcüstan, Şəmkir, AZ5717
Avtobus

Əliyaqublu kənd məscidi - Məscid Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşib. İnşa tarixi 1996-1998-ci illərə aid edilir. Həyətyanı sahəsi 400 kv.metr, iç sahəsi 15x10 metrdir.Əliyaqublu kənd məscidi mişar daşı ilə hörülmüşdür. Minarələr də mişar daşı ilə hörülmüş və daş plitələrlə üzlənmişdir. Minarələrin hündürlüyü 15 metrdir. Minarələrin və günbəzin üstündə aypara və səkkizguşəli ulduz rəmzi qoyulmuşdur. Məscidin əsas giriş qapısının ön tərəfində üç tağlı baştağ yerləşmişdir. Giriş qapısının sağ və sol tərəfində isə yardımçı otaqlardır. İbadət zalının divarları qum-sement məhlulu ilə suvanmış və ağ rənglə işlənmlşdir. İbadət zalının döşəməsi taxtadandır. Zalda 12 pəncərə qoyulmuşdur. Pəncərə tağvari formada olub, taxtadandır. Günbəzin diametri 4,5 metr, döşəmədən tavana qədər hündürlüyü 5 metrdir. Mehrab dördbucaqlı formada olub, ağ rənglə işlənmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər