Facebook Pixel Code
GoMap XƏRITƏ
Astara Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

15 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Astara rayon Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəz 2008-ci ilin iyulundan 2012-ci ilin fevralına qədər Astara rayon Heydər Əliyev muzeyi kimi fəaliyyət göstərmişdir. Muzeylərin fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Astara rayon Heydər Əliyev muzeyi 2012-ci ilin fevralından Mərkəz adlandırılır. Mərkəzin sahəsi 792 kv m -dir.

Mərkəzin yaradılmasının əsas məqsədi : Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsininin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyat və fəaliyyəti ilə bağlı materialların toplanılması və onların qorunması, elmi cəhətdən öyrənilməsi, habelə hərtərəfli inkişaf etdirilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya, iqtisadiyyat və digər sahələrdə lahiyələrin həyata keçirilməsidir.

Mərkəzin fəaliyyətinin əsas istiqamətləri : Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı materialların toplanması, elmi tədqiqiat və təbliği, fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların, maddi-mədəni abidələrin toplanması, kataloqlaşdırılması, qorunub saxlanılması və veb-saytda yerləşdirilməsinin təmin edilməsi; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi; xarici ölkələrin müasir iş təcrübəsinin öyrənilməsi, elmi və texniki heyətın peşə ixtisasının artırılması sahəsində əməkdaşlıq üçün beynəlxalq əlaqələrdən istifadə edilməsi, metodiki materiallar və təcrübə mübadiləsi haqqında xarici ölkələrin muzeyləri ilə saziş bağlanılması və həyata keçirilməsi, müvafiq şərait olduqda xarici ölkə mütəxəsislərinin qəbul edilməsi və həmin ölkələrə mütəxəssis göndərilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliğ edilməsi, Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər təşkil etmək, Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlığın qurulması və inkşaf etdirilməsidir.

Ikimərtəbəli binanın girişində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində Muzey yerləşir.

Astara rayon Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində konfrans zalı, şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və Elektron Kitabxana fəaliyyət göstərir. Elektron Kitabxananın fondunda cəmi 2072 ədəd kitablar, jurnallar və SD disklər var. Onlardan : 1890 ədəd kitab, 166 jurnal, 1 ədəd fotosənəd, 15 ədəd elektron (SD) diskdən ibarətdir. Eyni zamanda Elektron Kitabxanada 21 ədəd komputer vardır.

Konfrans zalında Rayonun bir sıra tədbirləri və Mərkəzin bütün tədbirləri keçirilir.

“Tətbiqi və Təsviri sənət” studiyasında təşkil olumuş kurslarda miniatür xalçalar toxunur və rayonda keçirilən sərgilərdə nümayiş olunur. Bu studiyada ay ərzində 5-10 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçirlər. Mərkəzdə fəaliyyət göstərən bu studiya Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edir.

“Tətbiqi və Təsviri sənət” studiyasında eyni zamanda gənclərin rəssamlıq ilə məşğul olmaları üçün şərait yaradılmışdır. Ay ərzində 10-15 gənc təsviri sənətlə məşğul olur. Onların əl işləri, rəsm əsərləri mərkəzdə və rayonda keçirilən sərgi və tədbirlərdə nümayiş olunur.

“Şahmat” studiyasında uşaqlar həm şahmat, həm də dama ilə məşğul olurlar. Burada məşğələlərlə yanaşı, Ulu Öndərin doğum günü, Qurtuluş günü və sair bayramlar münasibətilə yarışlar, turnirlər keçirilir.

“Nigah otağı” fəaliyyət gostərir. Astara rayon sakinlərinin öz nigah mərasimlərinin Astara rayon Heydər Əliyev Mərkəzində keçirmələri artıq ənənə halını almışdır.

Astara rayon Heydər Əliyev Mərkəzi gənc nəslin dünya görüşünün, bilik və bacarıqlarının artırılmasında, onların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ruhunda tərbiyəsində mühüm rol oynayır.

Son xəbərlər