Facebook Pixel Code
GoMap XƏRITƏ
Ucar Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Milli memarlıq elementlərindən istifadə olunmaqla ucaldılan Ucar Rayon Heydər Əliyev Mərkəzi ucarlıların ulu öndərin xatirəsinə ehtiram nümunəsinin göstəricisidir.

Ucar Rayon Heydər Əliyev Mərkəzi 30 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuşdur. Milli memarlıq elementlərindən istifadə olunmaqla ucaldılan Mərkəzin ümumi sahəsi 5270 kv.m olmaqla 3 mərtəbədən ibarətdir. Mərkəzin 2-ci mərtəbəsində Ulu Öndər Heydər Əliyevin büstü yerləşir.

Mərkəzdə 383 kv.m sahəsi olan otaqda Ümummilli Liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı, bu zalda Ulu Öndərin irsini gələcək nəsillərə çatdırmaq üçün 2 virtual tədris sinfi, kitabxana, Ümummilli Liderə aid sənədlərin saxlandığı xüsusi güşə yaradılıb. Mərkəzdə xüsusi dizaynerlə yaradılmış 383 kv.m sahəsi olan 208 nəfərlik akt zalı və 180 kv.m sahəsi olan 60 nəfərlik konfrans zallarında rayon və respublika əhəmiyyətli tədbirlər keçirilir.

Mərkəzdə 190 kv.m sahəsi olan rəsm qalereyası fəaliyyət göstərir. Mərkəzdə 36 kv.m sahəsi olan otaqda xalçaçılıq, 20 kv.m sahəsi olan otaqda xarici dillər, 42 kv.m sahəsi olan otaqda rəsm, 20 kv.m sahəsi olan otaqda fotostudiya və 138 kv.m sahəsi olan otaqda internet klub fəaliyyət göstərir.

Ucar rayon Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin irsi, onun həyat və fəaliyyəti ilə bağlı eksponat, video və fotosənəd nümunələri toplayan, qoruyan, nümayişini və elmi cəhətdən öyrənilməsini təşkil edən, gənclərin və yetişməkdə olan nəslin Heydər Əliyev ideyaları, milli-vətənpərvərlik ruhunda tərbiyəsinə onların mənəvi və intelektual inkişafına kompleks yanaşmanı təmin edən mədəniyyət və elmi-tədqiqat müəssisəsidir.

Son xəbərlər