Facebook Pixel Code
GoMap XƏRITƏ
Ramazanovların evi
Baxış sayı:
  • Ünvan:
    Vəli Məmmədov, Bakı, Səbail, AZ1000
Avtobus
Ramazanovların eviRamazanovların evi 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Bina Hacı Məmmədkərim Ramazanov və onun həyat yoldaşı Ümbülbanuya məxsus olmuşdur. Dörd mərtəbədən ibarət olan bu bina milli-romantik üslubda inşa edilmişdir. Binanın hər daşında-divarında milli ornamentlər öz əksini tapır. İkinci mərtəbədən sonuncu mərtəbəyə qədər uzanan tağlar, eləcə də sonuncu mərtəbənin taxtalı eyvanının stalaktik sistemə istinad edən konxaların tili, günbəzi və daş üzərində bədii oyma ilə örtülmüş tipanlar binaya xüsusi gözəllik verir. Fasadlarda Şərq məmarlığının elementlərindən istifadə edilmişdir. Binanın birinci mərtəbəsində Hacı Məmmədkərim “Ermes” adlı elektro teatr açmışdır. İkinci mərtəbə məhşur biznesmen Rəgimhana icarəyə verilmişdir. Üçüncü mərtəbədə zinət əşyaları satılan dükanlar fəaliyyət göstərmişdir. Dördüncü mərtəbədə isə Ramazanov ailəsi yaşamışdır. Binanın taxtalı eyvanında vaxtaşırı “Muğam gecələri” təşkil edilərmiş. Naxışlı eyvan isə Ramazanovların istirahət yeri olmuşdur. Bu eyvandakı naxışlar maraqlı simvolik məna daşıyır. Belə ki,eyvandakı yarpaq şəkilli naxışlar Bakının küləkli şəhər olduğunu simvolizə edir. Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti dövründə ayrı-ayrı mənzillərə bölünərək əhali arasında paylanılmışdır. Hal-hazırda bu binada Ramazanovlar nəslindən iki ailə yaşayır.
Son xəbərlər