Facebook Pixel Code
GoMap XƏRITƏ
Bünyad Sərdarovun Ev-Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Füzuli-Cəbrayıl-Mahmudlu, Füzuli, AZ1900
Avtobus
Füzuli rayonun Qarğabazar kəndində doğulub (1888-1919) boya-başa çatmış bolşevik Bünyad Sərdarovun yaşadığı evdə 1985-ci ilin yanvar ayında xatirə-ev muzeyi açılmışdır. Bu muzeyin 500-dən çox eksponatı olmuşdur. Bu eksponatlar içərisində Bakıdan, Həştərxandan gətirilmiş sənədlər, foto şəkillər üstünlük təşkil edirdi. Muzeyin sərgi otağında Bünyad Sərdarovun oğlu Lahiyə İnstitunun direktoru olmuş Sərdar Sərdarov və onun nəvələri haqqında da materiallar toplanılmışdı. Muzey sahəsi 60 m2. olan üç otaqdan təşkil olunmuşdur. Muzeyin bir xatirə otağı, iki sərgi otağı, bir foyesi və böyük həyətyanı sahəsi var idi. Bağda Bünyad Sərdarovun heykəli də qoyulmuşdu. Hal-hazırda erməni işğalı ilə əlaqədar olaraq muzey o biri qaçqın muzeylər kimi Bakıdakı «İstiqlal» muzeyində qapalı şəraitdə yerləşdirilmişdir. Bakıya muzeyin 250-yə yaxın eksponatı gətirilmişdir. Bütövlükdə, Qarabağın işğal altında qalmış memorial muzeylərinin yenidən bərpa olunması, az sayda olsa da, eksponatlarla fəaliyyətini davam etdirməsi mədəni irsimizin qorunmasına xidmət edə bilər.
Son xəbərlər