Facebook Pixel Code
Abdulla Şaiqin mənzil-muzeyi
Baxış sayı:
Avtobus

Abdulla Şaiq Talıbzadə (1881-1959) Milli ədəbiyyatımıza zəngin bədii irs bəxş edən böyük Azərbaycan klassiki, görkəmli maarif, mədəniyyət xadimidir. Milli uşaq dramaturgiyasının banisi olan A.Şaiq Azərbaycanda ilk dərslikləri yaradanlardan biri olub. Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə çevirən ədib olmaqla bərabər Azərbaycanın tanınmış tənqidçi və ədəbiyyatşünaslarındandır. 1896-cı ildə A.Şaiq anası və qardaşı ilə Yuxarı Dağlıq küçəsi 21 ünvanında 1805-ci ildə inşa edilən üçmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilə köçərək ailə qurub, 1857-ci ilin dekabrına kimi burada yaşayıb və bir-birindən gözə əsərlə yazıb-yaradıb. 1981-ci ild A.Şaiqin Dövlət səviyyəsində keçirilən 100-illik yubileyi ilə əlaqədar bu küçəyə ədibin adı verilib. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan Abdulla Şaiqin Mənzil Muzeyi 1991-ci ilin dekabrında fəaliyyətə başlayıb və ədibin 120 illik yubileyi ərəfəsində 2001-ci ilin yanvar ayında Muzeyin ekspoziyası açılıb. Ekspozisiya 4 otaqdan ibarətdir. 1-ci otaq A.Şaiqin dünya şöhrətinə həsr edilib. 2-ci otaqda anadan olduğu Tiflis şəhərinin görüntüləri, ədibin nəsil şəcərəsi, şəxsi həyatı, valideynləri, ailəsi ilə bağlı xatirə əşyaları, fotolar, sənədlər yer alıb. 3-cü otaq A.Şaiqin pedaqoji fəaliyyətinə həsr edilib. Milli pedaqogikanın əsasını qoyan maarif xadimlərindən biri olan Şaiq deyib: “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr edirəm”. 4-cü otqada görkəmli alim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadımı, milli tənqid tarixi və nəzəriyyəsinin əsasını qoymuş professor Kamal Abdulla Şaiq oğlu Talıbzadənində guşəsi var.

Muzey onun həyat və yaradıcılığını, Abdulla Şaiqlə bağlı olan yazıçı və müəllimlərin fəaliyyətini tədqiq və təbliğ edir. Muzeyin əsas vəzifəsi gənc nəsli Şaiq fikri, onun sənət dunyası ilə tanış etməkdən, ədibin ömrü boyu göstərdiyi pedaqoji və geniş ictimai fəaliyyətini, ədəbi-tənqidi görüşlərini təbliğ etməkdən ibarətdir. Muzeyin 4000-dən artıq eksponatı olan zəngin kolleksiyası vardır. Kolleksiyanın əsasını xatirə və məişət əşyaları, qədim kitablar, fotoşəkillər, əlyazmaları, incəsənət əsərləri, proqramlar, afişalar və s. təşkil edir. Kolleksiyanın kitab və dövri mətbuat fondu 1200-dən cox eksponatı əhatə edir. Onların arasında cox nadir biblioqrafik nəşrlər, Abdulla Şaiqin yaratdığı ilk məktəb dərslikləri, müntəxəbətlar, əsrin əvvələrinə məxsus dövri mətbuat nümunəlləri və s. toplanıb. Muzeyn “Orijinal fotolar” fondunda ötən əsrə aid A.Şaiqin həyat və yaradiciliğini əks etdirən fotolar vardır. Muzeyin girəcəyini heykəltəraş Natiq Əliyev tərəfindən yaradılan A.Şaiqin büstü bəzəyir.

INSTAGRAM
posts
followers
Follow