Facebook Pixel Code
GoMap XƏRITƏ
Diyarşünaslıq muzeyi
Baxış sayı:
  • Ünvan:
    Seyid Əzim Şirvani, Şamaxı, AZ5600
Avtobus

1945-ci ildə yaradılmışdır. 2008-ci ildə Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin yeni elmi ekspozisiyasının qurulması ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi elmi işçilərinin hazırladığı ekspozisiya planı və layihə bəyənilmiş, 2008 - 2009-cu illərdə həyata keçirilmişdir. Hər bir zal mövzuya uyğun olaraq boyanmış, informasiya panelləri həmin rənglərlə çap olunmuşdur. Yaşıl təbiəti simvolizə etdiyi üçün “Diyarşünaslıq”, boz Şamaxıda evlərin qədimdən boyandığı xüsusi mineralın - “şirə”nin rəngini simvolizə etdiyi üçün “Şamaxı qədim dövrdə”, süd rəngi Şirvanın “süd ölkəsi” adlandırılmasına əsaslanaraq “Şirvanşahlar dövründə Şamaxı” mövzusu üçün əsas rəng seçilmişdir və s. Muzeyin vitrinləri Şamaxı meşələrində bitən göyrüş ağacından düzəldilmişdir. Vitrinlərə və panellərə Muzeyin emblemi (Şirvanşahlar dövlətinin adını simvolizə edən “günbəz içərisində üz-üzə dayanmış iki şir (“Şirvan” “Şirlər ölkəsi” deməkdir) və onların arasında bir inək (“Şirvan” fars dilində “Süd ölkəsi” deməkdir) başı”nın təsviri) həkk edilmişdir. Konfransın da ruhuna uyğun olaraq Muzeyin foyesində Şamaxı kəndləri və Şamaxının tanınmış insanları haqqında məlumat bazası qoyulduğu xüsusilə vurğulanmışdır. Məlumatın çatdırılmasında touch screen və monitordan istifadə olunur. Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin Şirvan tarixindən bəhs edən filminin hazırlandığı, Diyarşünaslıq zalından Tarix zallarına keçid yerində filmin nümayişi üçün kinozal qurulmuşdur. Filmdə Şamaxılı muğam ustası Alim Qasımovun ifa etdiyi “Şirvan şikəstəsi” və şamaxılı aktyor İlham Namiqkamalın səsləndirməsi ilə Fariz Xəlillinin tərtib etdiyi mətndən istifadə edilmişdir. Muzeyin ekspozisiyasını tam əhatə edən iri həcmli və rəngli kataloq Azərbaycan Tarix Diyarşünaslıq Muzeyləri içərisində ilk dəfədir ki, Şamaxıda nəşr olunmuşdur. Bu layihə ilə Azərbaycanın local muzeyləri içərisində ilk dəfə dünya muzey standartları əsasında tarixi ardıcıllıq, işıq effektləri, iki dildə (Azərbaycan və ingilis) informasiya, elektron vasitələrdən istifadə edilməklə Şirvan regionunun mədəni irsi yerli və xarici turistlərə təqdim olunur.

http://www.farizkhalilli.com/index.php?newsid=53

http://www.yap.org.az/view.php?lang=az&menu=1&id=5397

Son xəbərlər