Facebook Pixel Code
GoMap XƏRITƏ
Neftçala Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Neftçala Rayon Heydər Əliyev Mərkəzi 2007-ci ilin fevral ayından fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzinin ən başlıca vəzifəsi Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılmasından, onun təbliğatından ibarətdir. Belə ki, mərkəzə gələn hər bir kəs üçün ( istər fərdi, istərsə də qrup şəklində olsun) ekskursiya təşkil olunur, mümkün qədər ətraflı məlumat verilir. Gələn qonaqlar, aparılan ekskursiyalar gündəliyə qeyd olunur.

İlin əvvəlindən mərkəz əməkdaşları bir sıra müəssisələrlə, o cümlədən məktəblərlə, habelə uşaq bağçaları ilə müqavilələr bağlamışlar. Müqavilələrə əsasən həmin müəssisələr mütəmadi olaraq mərkəzi tamaşaçı ilə təmin etmiş, öz növbəsində mərkəz işçiləri də gələnlərə ekskursiya aparmış, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişlər. Müqavilələr əsasında mərkəzə gələnlərə Heydər Əliyev irsinin təbliği və tədrisi ilə bağlı on iki adda mühazirə oxunmuşdur. Mühazirə iştirakçıları məktəblilər,müxtəlif müəssisələrin işçiləri olmuşdur. Mühazirələr həm mərkəzdə, həm də müqavilə bağlanmış müəssisələrdə həyata keçirilmişdir. Həmçinin, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə aid yeni materiallar toplanır və təbliğ edilir. Mərkəzin daxilolma kitablarına nəzarət edilir və vaxtında keyfiyyətlə işlənilməsi təmin edilir. Mərkəzdəki eksponatların varlığı maddi-məsul mühafizə aktları ilə tutuşdurulub yoxlanılır. Mərkəz sənədlərinin varlığı və mühafizə vəziyyəti yoxlanılır. Mərkəzə daxil olan əşyalar qeydiyyat və inventar nömrəsi ilə təmin edilir və təlimata uyğun şəkildə yerləşdirilir.

Heydər Əliyev Mərkəzinə tamaşaçı cəlb etmək məqsədi ilə bir sıra idarə, təşkilat və müəssisələrlə müqavilələr bağlanılır, mərkəz xidmətinin keyfiyyətli təşkil edilməsinə nəzarət edilir.

Mərkəzə gələnlərin ürək sözlərini yazması üçün iki xatirə kitabı ayrılmışdır. Bunlardan biri fəxri qonaqlar, digəri isə sıravi vətəndaşlar üçündür.

Biz, mərkəzin işçiləri olaraq, işimizi günü tələbləri səviyyəsində qurmağa çalışırıq və bu yolda səylərimizi əsirgəmirik.

 

Son xəbərlər