Facebook Pixel Code
GoMap XƏRITƏ
"Buxara" karvansarayı
Baxış sayı:
  • Ünvan:
    Qüllə, Bakı, Səbail, AZ1000
Avtobus

İçərişəhərdə qədim özbək şəhəri Buxaranın adını daşıyan bir karvansara var. Adı kimi, tarixi də qədim dövrə gedib çıxan bu məkan öz əvvəlki görnüşünü olduğu kimi qoruyub-saxlayıb.

Tarixçilərin bildirdiyinə görə, bu karvansara XV əsrdə Orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən inşa edilib. Elə tiklinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olmuş Buxara şəhərinin adından götürülüb. Bu karvansaranın bir mərtəbədən ibarət olması deməyə əsas verir ki, tiklinin digər mərtəbəsi yerin altında qalıb. Ona görə ki, bütün Şərq karvansaralarının özünəməxsus memarlq quruluşu olub. Alt mərtəbə anbar kimi istifadə olunar, yuxarı mərtəbədə qonaq otaqları, həyətdə isə hovuz yerləşərdi. Multani karvansarası ilə üzbəüz tikilən, 17 otaqdan ibarət olan Buxara karvansarası birincidən fərqli olaraq, dairəvi formada tikilib. Orta əsr memarlıq üslubuna əsasən, otaqların qızdırıcı sistemi bir-biri ilə əlaqədar olub. Bu qızdırıcı sistem isə olduqca gözəl quraşdırılıb. Hər otağın divarının altında buxarı var və onun bacası divarın içərisində yerləşdirilib. Açıq alov bütün divarı qızdırır və beləliklə də, bir buxarı iki otağı normal şəkildə istilədir. İndi buxarı müasirləşərək, odunla deyil, qazla yandırılsa da, sistem olduğu kimi qalır.

Həyətin ortasında bütün Şərq karvansaralarına məxsus hovuz yerləşir. Bu hovuzun özəlliyi ondan ibarətdir ki, tikildiyi dövrdə, yəni XV əsrdə necə olubsa, elə də qorunub saxlanılıb. Onun tikilmə üslubu hələ də insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Və bu zaman suyun hara və necə axması görünmür.

Karvansaranın həyətində diqqəti cəlb edən mənzərə qədim geyimlərimiz, əl işlərimizdən ibarət olan qalereyadır. Karvansara rəhbərliyi turist axınını nəzərə alaraq belə bir qalereya təşkil edib.

Bu qalereyanın özü Azərbaycan qədim adət-ənənələrini, mədəniyyətimizi, əl işlərimizi təbliğ etmək üçün gözəl vasitədir. Hazırda karvansaraya ölkəmizə səfər edən prezidentlər başda olmaqla yüksək səviyyəli qonaqlar gəlir. Hətta 1992-ci ildə Bakıda olan Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer də karvansaraya gəlib və bu otaqlardan birində nahar edib.

Sovet dövründən üzü bəri Multani kimi, Buxara karvansarası da «Restoran-karvansara» kimi fəaliyyət göstərib. Hazırda karvansara Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeçiliyindədir.

Son xəbərlər