Facebook Pixel Code
GoMap XƏRITƏ
Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
Avtobus

Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin yeni binası 19.07.2013 –cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə açılmışdır.Muzey “Şəxsiyyətlər muzeyi”nin yerləşdiyi parkda inşa edilmiş və “Muzey içində muzey” adlanan unikal bir tikili yaranmışdır. Muzeyin binası 2 mərtəbəlidir. Hər mərtəbənin sahəsi 1050m² olmaqla muzey 2100m² sahədən ibarətdir. I mərtəbədə ekspozisiya zalı , işçi və yardımçı otaqlar yerləşir. II mərtəbədə ekspozisiya zalı, yüksək səviyyəli avadanlıqlarla və müasir texniki vasitələrlə , internetlə təchiz olunmuş konfrans zalı , tədris mərkəzi fəaliyyət göstərir. Burada gələn turislərə və qonaqlara Azərbaycan tarixinə aid olan eksponatlar nümayiş etdirilir.

Strukturu Tarix-Diyarşünaslıq muzeyindən, 2 filialdan – Xalça və Döyüş şöhrəti muzeylərindən  ibarətdir.

 

Son xəbərlər