Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağdam Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Xalqımızın tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa olunan Heydər Əliyev Mərkəzi də bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu, ilk növbədə, Ağdam sakinlərinin dahi rəhbərin xatirəsinə dərin ehtiramının əlamətidir.

Yeni Mərkəzin yaradılması həm də ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi və dövlətçilik irsinin təbliğində mühüm rol oynayır. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, ağır böhran keçirən ölkə iqtisadiyyatının inkişaf yoluna çıxarılması və ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur. Bu cür mərkəzlər Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən inkişaf strategiyasının mahiyyətinin öyrənilməsinə real zəmin yaradır.

Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Ulu Öndərin adını daşıyan Ağdam rayon Heydər Əliyev Mərkəzi iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsini Ulu Öndərin və Cənab Prezident İlham Əliyevin Ağdam rayonuna gəlişi zamanı və Dünya ölkələrinin Liderləri ilə çəkilmiş fotoşəkillər təşkil edir ikinci mərtəbəsidə isə Akt zalı, Konfrans zalı, 3D kino zalı ,Nigah otağı və Rəssamlıq otağı yerləşir.

Mərkəzin ümumi sahəsi 2 850 kv.m-dir. İşçilərin sayı 13 nəfər olmaqla, onlardan 7-si əsas, 6-sı isə texniki işçilərdir. Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Kompüter kursu və Rəqs dərnəyi fəaliyyət göstərir. Hər həftənin 3-cü və 6-cı günləri Ağdam rayonu ərazisində yerləşən orta məktəblərin ,uşaq bağçalarının, İdarə və təşkilatların, O cümlədən, N saylı hərbi hissənin zabit və əsgər heyətinin mərkəzə ekskursiyası təşkil edilmişdir.

Heydər Əliyev Mərkəzində gələn qonaqlar Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu ilə tanış olmuş, Ümummilli Liderin istər Sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycanın siyasi rəhbəri olarkən Ağdam rayonuna gəlişini, müxtəlif kənd və qəsəbələrdə keçirdiyi görüşləri əks etdirən fotoşəkillər və kitablarla tanış olmuşlar. Şagirdlərdə vətənpərvərlik ruhunu aşılamaq üçün onlara Ulu Öndərin Təhlükəsizlik orqanlarında işlədiyi dövr, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən, SSRİ Ali Sovetində rəhbər vəzifələrdə çalışarkən, eləcə də, müstəqillik dövründə Azərbaycan xalqına xüsusi ilə Ağdamlılara göstərmiş olduğu diqqət və qayğı haqqında geniş məlumat verilmiş, mütamadi olaraq sənədli filmlər nümayiş etdirilmişdir.

Son xəbərlər