Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin filialı
Baxış sayı:
  • Ünvan:
    Zərgərpalan, Bakı, Yasamal, AZ1009
  • Telefon:
    (+994 12) 494-60-62
Avtobus
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialıXalq çalğı alətləri daimi sərgisiÜnvan: Zərqərpalan küçəsi, 1191987-ci ildə yaranmış sərgi giriş və 2 otağı əhatə edir.Birinci otaqda arxeoloji qazıntılar zamanı aşkar edilmiş musiqi sənətinə dair təsviri olan əşyalar, musiqi haqqında XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı alimlərin fikirlərinə, ədəbiyyat və memarlıq abidələrinə, orta əsr rəssamlarının miniatürlərinə dair materiallar sərgilənir. Burada nadir qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri də nümayiş olunur. Sonrakı bölmədə Azərbaycan milli alətlərinin görkəmli ifaçıları iştirak etmiş ilk xalq çalğı alətləri ansamblı və orkestrlərinin inkişaf yolu göstərilmişdir.İkinci otaq Azərbaycanın xalq artisti, pedaqoq və tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunmuşdur. Həmçinin burada ustadın toplamış olduğu Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə həmçinin Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz yerini tapmışdır.
Son xəbərlər