Facebook Pixel Code
GoMap XƏRITƏ
Şərur rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Şərur, AZ6800
Avtobus

1978-ci ildə ictimai əsaslarla yaradılan bu muzey 1982-ci ilin fevral ayının 1-dən dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb. 30 ilə yaxın tarixi olan muzey indi qabaqcıl mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. Bu müddət ərzində muzeyə 7 minə yaxın nadir eksponat toplanmışdır. Muzeydə 2 şöbə və 13 bölmə fəaliyyət göstərir. "Təbiətşünaslıq", "Arxeologiya", "Etnoqrafiya", "Numizamatika", "Şəhidlər", "Böyük Vətən müharibəsi", "Azərbaycan, ana Vətən", "Heydər Əliyev-86", "Mədəniyyət və incəsənət", "Qırmızı tabur", "Alimlər", "Şairlər" bölmələrində 4 minə yaxın eksponat nümayiş etdirilir. Muzeydə saxlanılan və nümayiş etdirilən eksponatların demək olar ki, əksəriyyəti Şərur ərazisindən toplanıb gətirilmişdir. Eramızdan əvvəl III-II minilliklərə aid gil qab hissələri, saxsı qablar, daş büt və keramik bəzək nümunələri, bilərzik, tunc balta, xəncər, nizə ucluqları və s. əşyalar nadir incilərdir.

Orta əsr Azərbaycan mədəniyyəti xalçaçılıq sənəti ilə daha çox yadda qalır. Muzeydəki kilim, xalça nümunələri, bərbəzəkli farmaşlar, xurcunlar, heybələr bu sənətin tarixindən söz açır. Orta əsrlərdən başlamış XIX əsrə kimi muzeydə nümayiş etdirilən müxtəlif qadın bəzək əşyaları - boyunbağılar, gözmuncuqları, sırğalar, kəmərlər, qolbaqlar və s. əşyalar daha çox diqqəti cəlb edir. Əmək alətləri olan xış, cüt, kotan, vəl, mərəndi və s. keçmiş əkinçiliyin parlaq nümunələridir. Mədəniyyət bölməsində şərurlu mərhum Aşıq Nabatın sazı, qədim ney, zurna, tulum, tütək və s. musiqi alətləri nümayiş etdirilir. Rayonun məşhur "Nurani" yallı kollektivinin Almaniya, Polşa, Çexoslovakiya və başqa ölkələrdəki çıxışlarını, qastrol səfərlərini əks etdirən fotoşəkillər, albomlar, fəxri fərmanlar, prizlər və digər sənədlər də bölmənin dəyərli eksponatlarındandır. Həmçinin, sovet dönəmində rayon mədəniyyət şöbəsinin layiq görüldüyü ümumittifaq və respublika keçici "Qırmızı bayraq"ları da bu guşəni bəzəyir.

Muzeyin ikinci mərtəbəsindəki zəngin bir guşə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşdur. 2002-ci ildə ulu öndərin Naxçıvana səfəri zamanı Şərur torpağında olmasına dair fotomateriallar böyük bir ekspozisiya təşkil edir. Muzeydəki "Böyük Vətən müharibəsi" və "Şəhidlər" bölməsində qəhrəman Şərur övladlarının müharibədə göstərdikləri igidliklər vasitəsilə əks etdirilir. Burada Azərbaycanın Milli Qəhrəmanları Məhərrəm Seyidova, Səyavuş Həsənova, Kərim Kərimova həsr olunmuş guşələr, stendlər nümayiş olunur. "Alimlər", "Şairlər" bölmələrində rayonumuzdan olan elm adamlarının, şair və yazıçıların portretləri, fotoşəkilləri və əsərləri nümayiş etdirilir.

http://mediamafia.azeriblog.com/2008/07/01/naxcivanim

http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86551.htm

Son xəbərlər