Facebook Pixel Code
GoMap XƏRITƏ
Culfa rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Xaqani, Culfa, AZ7200
Avtobus

Muzey Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III-I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir. 5 şöbədən ibarət olan muzeydə XVI-XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir.

Müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunmuşdur. Muzeyin sərgi salonu kimi fəaliyyət göstərən foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sərgi stendi də buraya gələnlərə xoş təsir bağışlayır.

http://mediamafia.azeriblog.com/2008/07/01/naxcivanim

http://medeniyyet.az/site/?name=content&content=3870

Son xəbərlər