Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəmil Əhmədovun memorial ev-muzeyi
Baxış sayı:
  • Ünvan:
    Səməd Vurğun, Cəbrayıl, AZ1400
Avtobus

II Dünya müharibəsində ən yüksək fəxri ad- Sovet Ittifaqı Qəhrəmanı adını almış azərbaycanlılardan biri Cəmil Məhəmməd oğlu Əhmədov 1944-cü ilin 6 oktyabrında Pinsk şəhərinin azad olunması uğrunda gedən döyüşdə həlak olmuşdur. 1985-ci ilin may ayında Qələbənin 50-illik yubileyi münasibəti ilə Cəbrayıl rayonunda, Cəmil Əhmədovun ev muzeyinin açılış mərasimi keçirilmişdi. Xatirə muzeyi hökumətin qərarı ilə 3 otaqlı, geniş həyətyanı sahəsi olan binada yerləşdirilmiş, 1988-ci ildə C.Əhmədovun xatirə kompleksinin yaradılmasına qərar verilmiş, onun heykəli isə Ömər Eldarov tərəfindən hazırlanmışdır. Muzeyin açılışında Cəbrayıl rayonunun ziyalıları, Böyük Vətən müharibəsi veteranları, o cümlədən Bakıdan gəlmiş qonaqlar da iştirak etmişdilər. Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı. Muzeyin ekspozisiyası A. Nevski ordenli, Sovet ittifaqı Qəhrəmanı S.M. Əhmədovun hərbi vətənpərvərlik fəaliyyəti haqqında ətraflı məlumat yarada bilirdi. Muzeydə saxlanılan eksponatların çoxu nadir hesab olunurdu. Burada əsgər məktubları, hərbi geyimli şəkillər, özünün yazdığı şerlər, avtoqrafları, əsgər paltarı, «Sovet İttifaqı Qəhrəmanı» – diplomu, o cümlədən onun 29.09.1944-cü il tarixli sonuncu məktubu da saxlanılırdı. C.Əhmədov bütün SSRİ-də yeganə şəxsiyyət idi ki, 20 yaşında alay (rota) komandiri və Sovet Ittifaqı qəhrəmanı olmuşdu. Belə bir şəxsiyyətin xatirə muzeyi Cəbrayıl rayonunun diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət göstərmiş və ermənin təcavüzü nəticəsində, 1993-cü ildə öz fəaliyyətini dayandırmışdır.

Doğulduğu torpaqdan çox uzaqlarda uyuyan C.Əhmədovun Polşada, Gəray Əsədovun Rumıniyada, Qara dəniz sahillərində Qafur Məmmədovun xatirəsi, bizim xalqımızın dünyanın nəcib, insansevər, sülhsevər xalq olduğunun göstəricisidir. Ancaq çox təəssüf ki, bu gün C.Əhmədovun doğulub boya-başa çatdığı ana torpağı Qarabağ – Cəbrayıl düşmən tapdağı altındadır. Onun xatirə muzeyindən isə çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzində - İstiqlal muzeyində qapalı şəraitdə saxlanılır.

http://www.azerbaijanarcheology.com/2008/12/memorial-museums-of-karabagh-occupied-by-armenia/

Son xəbərlər