Facebook Pixel Code
GoMap XƏRITƏ
Siyəzən Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

     Siyəzən Rayon  Heydər Əliyev Mərkəzi 3 mərtəbədən və 14 otaqdan ibarətdir. Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvar ayında başlanmış və iyul ayında başa çatdırılmışdır. Mərkəz Siyəzən rayonu Heydər Əliyev küçəsi, 90 nömrəli ünvanda yerləşir. Ümumi sahəsi 1200 m2 olan  Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri  diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzən rayonuna səfərləri əks olunmuşdur. Mərkəzdə, həmçinin ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini,  müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə  Siyəzənə  səfərlərini  əks  etdirən fotolar yer almışdır. Buradakı eksponatlar və fotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü  səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Binanın I mərtəbəsində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdiren foto və sənədlərdən ibarətdir. Mərkəzdə ümumilikdə  449 eksponat vardır. Bunlardan Heydər Əliyevin müxtəlif dövürlərdə çəkdirdiyi 71 ədəd foto, 76 ədəd sənəd, 34 ədəd yağlı boya ilə cəkilmiş rəsm əsərləri, 1 büst və 267 kitabdan ibarətdir. Birinci mərtəbədə həmçinin xalçaçılıq dərnəyi fəaliyyət göstər. Fəaliyyət göstərən xalçaçılıq dərnəyi isə qədim xalq sənəti olan xalçaçılıq ənənələrinin yaşadılmasında böyük töhfələr verərək bu sənətin qədimliyini, dəyərini qoruyub saxlanmasına xidmət edir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və nikah otağı, sərgi salonu vardır. Rəssamlıq dərnəyində məşğul olan şagirdlərin tez-tez rəsm sərgiləri təşkil olunacaq. Konfrans zalınada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait təşkil edilib. Mərkəzin III mərtəbəsində müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılmışdır. Kompyuter dərnəyində ümumtəhsil məktəblərinin şagirdləri və rayonumuzun gəncləri kompyuter biliklərinə və kompyuterlə işləmək bacarığına yiyələnmək imkanı əldə edir. Xarici dil kurslarına cəlb olunanlara müxtəlif xarici dillərdə (ingilis, rus, alman) biliklərini zənginləşdirərək həmin dildə sərbəst danışmaq qabiliyyətlərini artırmaqları üçün hər cür köməklik göstərilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti,  dövlətçiliyimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər internet vasitəsi ilə Mərkəzə gələn qonaqlara çatdırılır.

Son xəbərlər