Facebook Pixel Code
GoMap XƏRITƏ
Naftalan şəhər Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Naftalan şəhər Heydər Əliyev Mərkəzi 2006-cı ilin iyun ayının 15-dən 2012-ci ilin fevral ayına kimi muzey kim fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin 24 yanvar 2012-ci il tarixli 19 nömrəli əmri ilə 01 fevral 2012-ci il tarixindən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Muzeyləri Heydər Əliyev Mərkəzləri adlandırılmışdır.

Heydər Əliyev Mərkəzinin yaradılmasında məqsəd mərkəzin ideoloji mərkəz kimi işinin təşkili, Ulu öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik işinin öyrənilməsi olmuşdur. Mərkəzi fəaliyyətinin əsas istiqamətlərindən biri də Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və təbliği, geniş kütlələrə, xüsusilə gənc nəsillərə mütəmadi olaraq çatdırılmasıdır.

Heydər Əliyev Mərkəzində Ulu öndərin həyatı, ictimai-siyasi fəaliyyəti, ölkəmizin müxtəlif sahələrində xalqımıza əbədi verdiyi töhfələr barədə tədbirlərin keçirilməsi, tədbir iştirakçıları ilə maraqlı fikir mübadiləsinin aparılmasıdır.

Ölkəmizin tarixi günləri ilə bağlı mərkəzdə keçirilən bütün tədbirlər rəngarəngliyi ilə tədbir iştirakçılarının xatirəsində silinməz izlər yaradır. Heydər Əliyev Mərkəzinnin yaradılmasında məqsədlərdən biri də Ulu öndərin respublikamızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra yaşadığı keşməkeşli və mürəkkəb dövrü, xüsusən də 1993-cü il 15 iyuna kimi ölkəmizdəki acınacaqlı vəziyyət, həmin illərdə vətənimizin başının üstünü alan qara buludları məhv etməsini, xalqımızı bəlalardan qurtarmasını mərkəzə gələn insanlara çatdırmaqdan ibarətdir.

Heydər Əliyev hayatı boyu xalqa arxalanmışdır: " Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizə iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edir".

Heydər Əliyev Mərkəzinin rəy kitabında kurort şəhəri olan Naftalana gələn ölkəmizdən və xarici ölkələrdən gələn çoxlu sayda qonaqlardan Mərkəzə gələnlər öz ürək sözlərini yazırlar. Xüsusən də respublikamızın müxtəlif bölgələrindən gələn qonaqların ilk sözü: " Biz fəxr edirik ki, Heydər Əliyev şəxsiyyətini yetişdirən torpağın - Azərbaycan Respublikasının vətəndaşıyıq".

Xarici ölkələrdən gələn qonaqlardan fəxri kitaba öz ürək sözlərində belə bir fikri qeyd edirlər: " Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, Heydər Əliyev şəxsiyyəti müstəqil Azərbaycanı qurub, yaradıb onlara təhvil vermişdir".

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin kollektivi öz işini günün tələbləri səviyyəsində qurur və mərkəzə gələnlərə xidmət etməkdən qürur duyurlar.

Son xəbərlər