Facebook Pixel Code
GoMap XƏRITƏ
Vaqif Mustafazadənin Ev-Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Vaqif Mustafazadə, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 12) 492-17-92
Avtobus
Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fonduVaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu 1997-ci ildə Vaqif Mustafazadənin yaradıcılıq irsini populyarlaşdırmaq,yaradıcılıq ənənələrini davam etdirmək və Azərbaycan gənc musiqiçilərinə kömək etmək məqsədi ilə onun dayısı qızı Afaq Əliyeva tərəfindən yaradılmışdır.Fond hər il Vaqif Mustafazadənin xatirə gecəsini keçirir.Bu mərasimlər Vaqif Mustafazadənin ev-muzeyində,Vaqif Mustafazadə adına Caz klubunda və Bakı Caz Mərkəzində keçirilir.Fond Vaqif Mustafazadənin dinlənilmiş və eyni zamanda hələki yazılmamış kompozisiyalarını kompakt disklərdə buraxdırmışdır.Belə ki,1999-cu ildə “RAKS-BAKI” firmasında Vaqif Mustafazadənin məhşur seçilmiş əsərləri,2004-cü ildə UNİCAL kompaniyası ilə birlikdə dahi musiqiçinin kompazisiyalarının daxil olduğu 6 kompakt-disk ibarət albom buraxılmışdır.Fond tərəfindən buraxılan “Yollar” adlı alboma Vaqif Mustafazadənin əvvəllər buraxılmamış əsərləri və onunla müsahibələr daxil edilmişdir.Fond Azərbaycan gənc caz musiqiçi ifaçılarına kömək məqsədi ilə böyük işlər görmüşdür.Fond həmişə Azərbaycanın məhşur mədəniyyət və incəsənət xadimləri ilə əməkdaşlıq edir.
Son xəbərlər