Facebook Pixel Code
GoMap XƏRITƏ
Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
Avtobus

Hal-hazirda fəaliyyət göstərən Astara  Tarix-Diyarşinaslıq muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir. Rəsmi olaraq Astara Tarix-Diyarşünaslıq muzeyi 4 Yanvar  1980–cı il  tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa  edilərək  istifadəyə verilmişdir.

      Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir.

   Muzey  üç şöbə və altı bölmədən ibarətdir.

 

                         1. Təbiət  və  Orta  əsrlər  bölməsi .

                         2. Milli  Mədəniyyət  İnqilab  bölməsi .

                          3.Müharibə  bölməsi vəMüasir  həyat  bölməsi .

 

       Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Ə. İmaməliyev toplayıcılıq yolu ilə və rayon  ziyalılarının, müxtəlif peşə  sahiblərinin  tərəfindən muzeyə  hədiyə  edilmişdir.

          Hal-hazırda muzeyin əsas fondu 7.775 ədəd eksponat təşkil edir. Muzeyin ekspozisiyasında 2004 ədəd  eksponat  nümaiş  olunur.

Son xəbərlər