Facebook Pixel Code
GoMap XƏRITƏ
Xan sarayı
Baxış sayı:
  • Ünvan:
    Şeyx Əli Tuti, Bakı, Sabunçu, AZ1097
  • Telefon:
    (+994 51) 389-74-38
Avtobus

Dövrümüzə gəlib çatmış qiymətli orta əsr abidələri içərisində xüsusilə diqqəti özünə Şirvan şahlarının yay iqamətgahı cəlb edir. Dəniz sahilindən təxminən 2 km məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dəniz sahili, əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII-XIV əsrə aid müdafiə qalasının yaxınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zonası üçün yararlı hesab etmişdir. Xalq arasında “Xan bağı” adı ilə tanınmış bu tikiliyə “Şah bağı” demək daha düzgün olardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Şirvan şahlarının Bakının “İçərişəhər”indəki saray kompleksinə yaxınlığı, bu tikilinin XIII-XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII-XVIII əsrlərə təsadüf edir, onda bu bağın “Şah bağı” olduğu inkaredilməzdir. Yazılı mənbələrdə “Şah bağının” kompleks tikintilər; onu əhatə edən üzümlüklər içərsində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hövuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla, hasarla əhatə olunmuşdur. Fasadın dənizə istiqamətlənmiş girişi dərin taxçalı oxvari baş tağla başlanır. Tağ açımının haşiyəsi divar səthindən nisbətən qabarmaqla, binanı əhatələyən karnizlə tamamlanır. “Şah bağı” yan cinahlardan, hamar səthli sadə fasadlarda üç düzbücaqlı pəncərə açımları ilə işıqlandırılmışdır. Qapılara perpendikulyar yerləşdirilmiş pəncərələr nisbətən böyük sahəsi ilə digərlərindən seçilir. Hal-hazırda qapı və pəncərələrdən məhrum olan bağ tikilisi, əhalinin verdiyi məlumata görə, nə vaxtsa qoz ağacından düzəldilmiş gözəl dekorativ oyma sənətinin məhsulu olan qapı və pəncərələrlə ətraf landşaftın ayrılmaz hissəsinə çevrilmişdir. “Şah bağı”nın yaşayış binasının mərkəzi, oxvari günbəzlə tamamlanır. Abşeron yarımadasının dini tikililərə xas olan belə bir örtük sistemi, sanki ilk baxışda iqamətgahı məscidlərə bənzədir. Binanın bütün fasadları dekorsuz, sadə həlli ilə yadda qalır. Daş navalçalar yağıntıların axınını tənzimləməklə, fasada nisbi zənginlik bəxş edir. Monumental tikilinin memarlıq-plan quruluşu kvadrat əsaslı olmaqla, tərəflərinin ölçüləri 14 m-ə bərabərdir. Bina lakonik həndəsi düzgün həcm tutumu, ciddi memarlıq forması və daxili məkanın dəqiq həlli ilə diqqəti cəlb edir. Plan həlli giriş baş tağının kvadrat əsaslı zala aparması ilə başlanır. Zalın künclərindəki dörd kamera onun xaçvari plan quruluşunda həllinə səbəb olmuşdur. “Şah bağı”nın künclərdəki ikimərtəbəli kameraları birmərtəbəli zala birləşməklə onu tamamlayır. Otaqlara oxvari tağlı girişlər binanın interyer kompozisiyasında simmetrik oxlar üzərində həllini tapmışdır. Künc yerləşkələr trompların söykəndiyi kiçik günbəzlərlə örtülmüşdür. Günbəzlər cənub yerləşkələrdə səkkizguşəli, şimal istiqamətdə isə dairəvi, hamar şəkildə qurulmuşdur. Zal öz sadə həlli ilə diqqəti cəlb edir. Mərkəzi günbəz konstruksiyalı örtük sistemi sadə stalaktidlərin və dörd oxvari tağın konstruktiv yükdaşıyıcılığının səyi nəticəsində durmuşdur. İnteryerdəki mərkəzi dairəvi hovuz ətrafa mülayim oazis yaymaqla, əhalinin verdiyi məlumata görə, istiqamətə (dənizə, mühafizə qalasına və pirə) uzanan yeraltı tunellərə giriş rolunu oynamışdır.

http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=234

http://www.ihq.az/index.php?news=1035

 

Son xəbərlər