Facebook Pixel Code
GoMap XƏRITƏ
Lerik Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Lerik Rayon Heydər Əliyev Mərkəzi 25 iyun 2010-cu il tarixində möhtərəm  Prezidentimiz İlham Əliyevin iştirakı və xeyir-duası ilə açılaraq istifadəyə verilmişdir. Mərkəz  birmərtəbəli binada yerləşir, ümumi sahəsi 420 kvadratmetrdir. Bunun 360 kvadratmetrində ekspozisiya zalı yerləşir ki, bu zaldan həm də konfrans salonu kimi istifadə olunur. Binanın 25 kvadratmetrində kitabxana fəaliyyət göstərir, 35 kvadratmetrində isə inzibati və yardımçı otaqlar yerləşir.

    Mərkəzin ekspozisiya zalında Ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən 138 fotoşəkil, 49 sənəd və 1 büst  nümayiş etdirilir. Ekspozisiya zalının bir bölməsi cənab Prezident İlham Əliyevin Lerikə 3 tarixi səfəri barədə tamaşaçılara məlumat verir.

Son xəbərlər