Facebook Pixel Code
GoMap XƏRITƏ
Bərdə Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

2004-cü il sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bərdə rayon Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir.

Bərdə rayon Heydər Əliyev Mərkəzi 2006-cı il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili M.Əliyevanın və Heydər Əliyev Fondunun Vitse-Prezidenti L.Əliyevanın iştirakı ilə açılmış və fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi ziyarət etdikdən sonra Xatirə kitabına öz ürək sözlərini yazdı:

"2004-cü ilin sentyabr ayında biz Bərdədə "Heydər Əliyev Muzeyinin" təməl daşını qoyduq. Bu gün isə Muzeyin açılışını qeyd edirik. Bu Muzey Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Eyni zamanda "Heydər Əliyev Muzeyi" gözəl memarlıq abidəsidir.

Heydər Əliyev Bərdəyə, Bərdəlilərə həmişə böyük diqqət göstərirdi. 14 dəfə Bərdədə olmuşdur və Bərdənin inkişafında onun çox böyük rolu olmuşdur. Bu gün bu gözəl ənənələr davam etdirilir. Bərdə inkişaf edir və gözəlləşir.

Bütün bərdəlilərə öz hörmət və məhəbbətimi bildirirəm.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bərdə,1 mart 2006-cı il

Mərkəzin əsas istiqaməti- Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, gənc nəslə çatdırılması və möhkəmləndirilməsidir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin Bərdə rayonuna və bərdəlilərə olan gözəl münasibəti, sevgisi, qayğısı Mərkəzi ziyarət edən hər bir kəsin diqqətinə çatdırılır.

Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti və Azərbaycan Respublikasının əlamətdar tarixi günləri ilə əlaqədar tədbirlər keçirilir. Tədbirdə bağça uşaqları, məktəb şagirdləri, rayonumuzda fəaliyyət göstərən kollec, lisey, peşə məktəbinin, Bərdə Regional ASAN Xidmət Mərkəzinin könüllüləri iştirak edirlər. Bərdə rayon Heydər Əliyev Mərkəzi hərbi vətənpərvərlik sahəsində də müəyyən işlər görür. Belə ki, hərbi xidmətə çağrılmış gənclər Bərdə rayon Hərbi Komissarlığında qeydiyyatdan keçdikdən sonra Mərkəzi ziyarət edir, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında məlumat alırlar. Həmçinin rayonun ərazisində yerləşən Müdafiə Nazirliyinin və Daxili Qoşunların “N” saylı hərbi hissələrində hərbi işin daha da təkminləşdirilməsi ilə bağlı dost Türkiyədən ezam olunmuş general və zabitlər, o cümlədən Müdafiə Nazirliyinin hərbi hissələri də mütəmadi olaraq Bərdə rayon Heydər Əliyev Mərkəzini ziyarət edirlər.

Bərdə rayon Heydər Əliyev Mərkəzinin binası 950 kv.m sahəni əhatə edən 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə iş otaqları və dərnəklər yerləşir. İkinci mərtəbədə akt zalı, Ulu Öndərin "İş otağı", foye yerləşir. Üçüncü mərtəbə isə ekspozisiya zalından ibarətdir.

Son xəbərlər