Facebook Pixel Code
GoMap XƏRITƏ
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Yeni inşa olunmuş və 04 sentyabr 2013-cü ildə açılışında cənab İlham Əliyevin də iştirak etdiyi Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən çoxlu fotoşəkil, kitab və jurnallar, video-disklər toplanmışdır. Mərkəzdə psixoloji məsləhət, intellektual oyun otağları, linqafon kabineti, rəqs, rəsm, poliqrafiya, foto, dizayn, kompyüter studiyaları, şahmat, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, internet kafe, treninq zalı, kitabxana, "3D kinozalı", 208 yerlik akt zalı, "virtual sinif" fəaliyyət göstərir. Hazırda Heydər Əliyev Mərkəzində bu avadanlıqlardan istifadə olunması üçün müasir və savadlı gənclərdən ibarət kollektiv formalaşdırılmışdır.
Heydər Əliyev mərkəzinə hər ay 2000 nəfərdən çox insan gəlir.Mərkəzdə Ümummilli liderin həyat və fəaliyyətini təbliğ edən 24 nəfərdən ibarət tədqiqat qrupu, "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" və "Gənc Heydərçilər" dərnəkləri fəaliyyət göstərir.

Son xəbərlər