Facebook Pixel Code
GoMap XƏRITƏ
Oğuz Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Oğuz rayon Heydər Əliyev Mərkəzi  Heydər Əliyev Muzeyi adı ilə  2007-ci il mart ayının 1-də yaradılmışdır.  2012-ci ildə  Mərkəz adlandırılmışdır.  Oğuz rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan dövlət müəssisəsidir.

Heydər Əliyev  Mərkəzinin fondu 545 eksponatdan–fotoşəkillər, kitablar və videodisklərdən ibarətdir.

Mərkəzin  ümumi ştat vahidi 11,5 nəfərdir. Bütün ştatlar işçi ilə təmin edilmişdir.

2012-ci ilin 13 sentyabr tarixindən  yeni Mərkəz binasının inşası ilə əlaqədar ekspozisiya Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  təmir işlərinin aparıldığı müddətə bağlanmışdır. Mərkəz əməkdaşları Oğuz şəhər 2 saylı məktəbdə uyğunlaşdırılmış otaqlarla təmin edilmişdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin təşkili davam etdirilir.

Mərkəzdə keçirilən tədbirlər  “Oğuz yurdu” qəzetində, Mərkəzin Facebook səhifəsində və  saytında  (oguzhaydaraliyevce.wixsite.com) işıqlandırılır. 

Son xəbərlər