Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Cəlilabad, AZ1500
Avtobus

Cəlilabad Tarix - Diyarşünaslıq Muzeyi 1981 - ci ildə yaradılıb və 29 aprel 2010 – cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix - Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Orjinal memarlıq üslubunda inşa edilən muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.

 

Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 - ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir. Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır.

 

Cəlilabad rayonu tarixi abidələrlə zəngin bölgələrdən biridir. Rayon ərazisində 50 tarixi – arxeoloji abidə mövcuddur. Cəlilabadda eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, IV minilliyə aid Qurudərə yaşayış məskəni, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirxəncər, Zərdüşt daxmları kimi tarixi abidələri vardır.

 

 

 

 

 

 

Son xəbərlər