Facebook Pixel Code
GoMap XƏRITƏ
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Ölkə rəhbəri Cənab Prezidentimiz İlham Əliyevin Mingəçevir Şəhərinə 16 aprel 2013- cü il tarixli səfəri zamanı Heydər Əliyev Mərkəzinin rəsmi açılışı mərasimi olmuşdur.Mərkəz 3 mərtəbədən ibarətdir. Mərkəzin yaradılmasında məqsəd Ulu Ömdərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsidir.

Muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə əks etdirən fotolar, tarixi sənədlər, kitablar nümaiş olunur. Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda ulu öndərin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif dövrləri əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı disklər, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Heydər Əliyevin uğurlu həyat yolunu əks etdirən ekspozisiya zalı Maddi-məhsul mühafizəsində 503 əşya var: 192 ədəd şəkil, 48 ədəd sənəd 261 ədəd kitab, 22 sənəd, 93 ədəd şəkil var, bunlardan 32 ədədi 1-ci mərtəbədə, 61-i 2-ci mərtəbədə, bunlardan 26-ı Cənab Prezidentimiz İlham Əliyevin şəhərimizə səfərləri ilə bağlıdır.

Heydər Əliyev Mərkəzində kurslar və dərnəklər fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin təntənəli nigah mərasimləri də təşkil olunur. Həqiqi-hərbi xidmətə yola salma mərasimləri də Mərkəzdə həyata keçirilir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin də əsas tədbirləri məhz Mingəçevir Heydər Əliyev Mərkəzində təşkil olunur.

Mərkəzin fəaliyyəti barədə mütəmadi olaraq yerli və ölkə mətbuatında, televizya və qəzetlərdə ətraflı işıqlandırılmış, silsilə materiallar hazırlanmışdır.

Azərbaycan Televiziyası 13 Yanvar 2017-ci il tarixində Mərkəzin fəaliyyəti barədə süjet hazırlanmşdır.

İl ərzində mərkəzdə 90 mühazirə və seminar məşğələlər keçirilmişdir. Müxtəlif ekskursiyalar təşkil olunmuşdur. 2018-ci ildə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin ziyarətçilərinin sayı 13092 nəfər olmuşdur. (9066 – ekskursiya gələnlər, 4026 - fərdi gələn)

Mərkəzin təşkil etdiyi bütün tədbirlər haqqında sosial şəbəkələrdə və yerli “Mingəçevir” qəzetində məlumat verilir.

Mərkəzin 1-ci mərtəbəsində

Heydər Əliyev Muzeyi, 570 nəfərlik Akt zalı ,Qarderob, VİP otaq, Qrim otaqları və s. Yardımçı otaqlar yerləşir.

2-ci mərtəbədə Kitabxana,Konfrans zalı, Virtual sinif otaqları, Rəsm dərnəyi yerləşir.

3-cü mərtəbədə isə Rəqs Studiyası və Yaradıcılıq Studiyası və İnternet kafe yerləşir

Son xəbərlər