Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağsu rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
Avtobus

Tarix –Diyarşünaslıq  Muzeyi 1985- ci ilin may  ayından  fəaliyyət göstərir. Muzein binası iki mərtəbəli olmaqla ümumi  sahəsi 358 kv/m-dir. 1- mərtəbə  foyedən və  3 sərgi  salonundan, fond və inzibati otaqlardan, 2-ci mərtəbə isə ekspozisiya zalından  ibarətdir.

   Muzeydə  rayonun ərazisindən  arxeoloji qazıntılar  zamanı tapılmış e.ə III-I əsrlərə aid eksponatlar  toplanmışdır. Bunlara misal  olaraq saxsı qabları,  tunc, misdən hazırlanmış  əşyaları, habelə  XVIII- XX əsrlərə aid xalq  tətbiqi sənət nümunələrini,  məişət  və etnoqrafiyaya aid əşyaları göstərmək  olar.

  Muzeyimizin əsas  məqsədi  ulu  keçmişimizi özündə  yaşadan  yadigarların toplanması, qorunması  öyrənilməsi və gənc  nəslin tərbiyəsində  əsas  təbliğat  vasitəsi  kimi  istifadə   edilməsidir. Tarix –Diyarşünaslıq  Muzeyi  rayonun ümumtəhsil məktəbləri, idarə və  təşkilatları ilə sıx əlaqədə  işləyir, rayonumuzun  tarixinə maraq  oyatmaq üçün tarix dərsləri  təşkil olunur, məktəblilərlə müntəzəm  olaraq  silsilə tədbirlər  həyata  keçirir. Hər il  ənənəvi  olaraq ”Muzeylər  gecəsi” aksiyasında, “ Beynəlxalq  Muzeylər  günü”ndə  “Açıq qapı” günləri  təşkil  olunaraq muzeyə  gələn  tamaşaçılara  mühazirələr oxunur, eksponatlar haqqında geniş məlumat verilir.

Son xəbərlər